14 Yanvar 2026, 11:43
MPL
"Karvan-Yevlax" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Səbail"dən Emin Rüstəmovu icarəyə götürüb.
21 yaşlı futbolçu mövsümün ikinci yarısını "Karvan-Yevlax"da keçirəcək.
Qeyd edək ki, U-21 millimizin də formasının geyinən Emin Rüstəmov cari mövsümdə "Səbail"in heyətində 12 turda 9 dəfə meydana çıxıb.












