"Sumqayıt"dan ayrıldıqdan sonra klubsuz qalan Miloş Miloviç karyerasını ölkəsində davam etdirəcək.

Matc.az xəbər verir ki, monteneqrolu müdafiəçi "Budoçnost" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı mərkəz müdafiəçisi Podqoritsa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Miloş Miloviç 2024/2025 mövsümündə "Sumqayıt"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest