22 Yanvar 2026, 11:56
MPL
"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Matc.az xəbər verir ki, "sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.












