23 Yanvar 2026, 10:14
AVROPA LİQASI
UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turunun oyunları keçirilib.
Matc.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Aston Villa"nı qəbul edib. Qarşılaşma İngiltərə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 18-ə yüksəldən "Aston Villa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 11 xalı olan "Fənərbaxça" isə 18-ci yerdədir.
"Fənərbaxça" - "Aston Villa" 0:1
Qol: Ceydon Sanço, 25












