24 Yanvar 2026, 22:26
FUTBOL
"Real"ın mərkəz müdafiəçisi Raul Asensio bir neçə həftədir ki, baldır sümüyündə zədə ilə oynayır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı COPE paylaşıb.
Bildirilir ki, Asensio fevral ayında tam sağalmaq üçün fasilə verməyə ümid edir. Hazırda oyunçu klubdakı zədələrlə bağlı kadr problemləri səbəbindən riskə gedir.
Müdafiəçinin riskdən xəbərdar olduğu bildirilir, lakin komandaya kömək etmək və yeni baş məşqçi Alvaro Arbeloanın heyətində özünü təsdiqləmək istəyir.
Qeyd edək ki, Asensio 2024-cü ildən bəri Madrid klubunun əsas komandasının üzvüdür. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 23 oyun keçirib və 2 qol vurub.












