Misli Premyer Liqasının XVII turu Hayderson Hurtadonun bir oyunda hər iki qapıya qol vurması ilə yadda qalıb.
Misli Premyer Liqasının XVII turu Hayderson Hurtadonun bir oyunda hər iki qapıya qol vurması ilə yadda qalıb.
Matc.az xəbər“Turan Tovuz”un futbolçusu “Sumqayıt”la ev oyununda (2:1) əvvəl hesabı açıb, ardınca avtoqolla bərabərliyə səbəb olub.
Premyer Liqada sonuncu belə hadisə 427 gün əvvəl - ötən mövsüm yaşanmışdı. 2024-cü il noyabrın 24-də Orxan Əliyev “Sabah” – “Kəpəz” görüşündə (2:2) hər iki mənada fərqlənib. “Kəpəz”in futbolçusu XIII turda həm hesabı açıb, həm avtoqolla bərabərlik topunu vurub. Lakin Hurtadodan fərqli Əliyev bunu ilk 45 dəqiqədə gerçəkləşdirib.
Haydersona qədər belə halla üzləşən sonuncu legioner isə Mateus Saldanya olub. O, 999 gün əvvəl - 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) 40-cı dəqiqdə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.




_1769431508.jpg)




_1769425686.jpg)


