“Qəbələ” yarımmüdafiəçi Jondo Fuxsla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Jondo Fuxs mövsümün əvvəlində "Qəbələ"yə qoşulmuşdu. Kamerunlu dayaq yarımmüdafiəçisi "qırmızı-qaralar"ın heyətində 4 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest