İcarə əsasında "Nottingem Forest"də çıxış edən Aleksandr Zinçenko karyerasını Niderlandda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Ayaks" müqavilə ilə "Arsenal"a məxsus olan ukraynalı futbolçunu icarəyə götürəcək. 29 yaşlı sol cinah müdafiəçisi mövsümün ikinci yarısını Amsterdam klubunda keçirəcək.

Qeyd edək ki, Aleksandr Zinçeko mövsümün əvvəlindən "Nottingem Forest"də çıxış edir. Ukrayna millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 10 oyunda qol və ya assistlə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest