30 Yanvar 2026, 11:34
FUTBOL
"Ayaks" qapıçı Remko Pasveerlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı qolkiper "Herakles"ə keçib. Niderland millisinin üzvü yeni klubu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Remko Pasveer 2021-ci ilin yayından "Ayaks"da çıxış edirdi. Təcrübəli "əlcək sahibi" bu mövsüm Amsterdam təmsilçisinin heyətində 7 oyunda meydana çıxıb.












