"Milan" hazırda "Katanzaro"da icarədə olan "Verona"nın yarımmüdafiəçisi Alfaco Sisse ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.

Bildirilir ki, İtaliya nəhəngi 19 yaşlı yarımmüdafiəçini 8 milyon avro məbləğində sabit ödəniş müqabilində alıb və "Verona" əlavə 1,5 milyon avro bonus ala bilər.

Sissenin mövsümün sonuna qədər "Katanzaro"da icarədə qalacağı vurğulanır.

Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 21 oyunda meydana çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 6 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest