31 Yanvar 2026, 00:24
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez tezliklə klubla yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub və tərəflər detalları tezliklə açıqlayacaqlar. İspaniyalı futbolçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ildə başa çatır.
Qeyd edək ki, bu mövsüm Fermin Lopez bütün turnirlərdə 26 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" yarımmüdafiəçini 70 milyon avro dəyərində qiymətləndirir.












