İspaniyanın "Jirona" klubu xorvatiyalı qapıçı Dominik Livakoviç ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Türkiyənin "Fənərbaxça" klubu ilə 2028-ci ilin iyun ayının sonuna qədər müqaviləsi olan 31 yaşlı qapıçı ilə müqavilə vaxtından əvvəl ləğv edilib.

Daha əvvəl Livakoviçin artıq 293 oyun keçirdiyi Zaqreb "Dinamo"suna keçmək istədiyi bildirilirdi.

"Trasnfermarkt" portalında artıq oyunçunun Xorvatiyaya keçidi barədə məlumat yerləşdirilib. O, cari mövsümünün sonuna "Dinamo"da icarə əsasında oynayacaq.

Livakoviç "Jirona"ya icarə əsasında keçsə də, heç bir oyunda meydana çıxmayıb.

Qeyd edək ki, "Jirona" qapıçı mövqeyini xeyli gücləndirib. Klub "Barselona"nın alman qapıçısı Mark-Andre ter Ştegeni mövsümün sonuna qədər icarəyə götürüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest