03 Fevral 2026, 12:50
FUTBOL
"Bolonya"nın müdafiəçisi Emil Holm İtaliyada klubunu dəyişib.
Matc.az xəbər verir ki, "Yuventus" isveçli futbolçunu icarəyə götürüb. Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb.
25 yaşlı sağ cinah müdafiəçisi mövsümün sonuna kimi "Yuventus"un formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.
Qeyd edək ki, Emil Holm bu mövsüm "Bolonya"nın heyətində bütün turnirlərdə keçirdiyi 19 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.












