03 Fevral 2026, 12:25
MPL
Bu gün səhər saatlarında Gəncə şəhərində bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevin xəsarət aldığı insident zamanı onun yanında olan şəxsin kimliyi müəyyənləşdirilib.
Matc.az saytının əldə etdiyi məlumata görə, əlbəyaxa dava zamanı iştirak edən digər şəxs Gəncə təmsilçisinin sabiq futbolçusu Nihat Fərəcidir. “Kəpəz”in yetirməsi olan Fərəci hazırda icarə əsasında “Şəki Siti” klubunun formasını geyinir.
Qeyd edək ki, 22 yaşlı vinger 2015-ci ildə “Mançester Yunayted”in Yay Futbol Məktəbində iştirak edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə futbolçuların iştirakı ilə insident baş verib. Nəticədə Veysəl Rzayev bıçaq xəsarəti alıb. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu qoyulub. Hazırda futbolçunun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.












