“Hadisə barədə heç bir şey bilmirəm. Nə vuran ortada var, nə də vurulan danışır. Yəni heç bir informasiya əldə edə bilmirik”.
“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayevin vəziyyəti yaxşıdır.
Matc.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun atası Mehman Rzayev məlumat verib.
O bildirib ki, oğlunun durumu yaxşılaşıb: “Ciddi bir təhlükə yoxdur. Sadəcə mən indi danışacaq halda deyiləm”.
M.Rzayev hadisənin necə baş verməsi barədə məlumata sahib olmadığını deyib: “Hadisə barədə heç bir şey bilmirəm. Nə vuran ortada var, nə də vurulan danışır. Yəni heç bir informasiya əldə edə bilmirik”.
Qeyd edək ki, V.Rzayev bu gün gecə saatlarında bıçaqlanıb. Hadisə Gəncədə baş verib. Onun futbolçu dostu Nihat Fərəcini qorumaq üçün bıçağın önünə keçdiyi deyilir.










_1770136226.jpg)

