06 Fevral 2026, 00:46
FUTBOL
"Bavariya"nın müdafiəçisi Saşa Boyenin "Qalatasaray"a transferi başa çatıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bildirilir ki, icarəsi və satın alma seçimi ilə bağlı tam razılığa gəliblər.
İstanbul klubu icarə üçün 500.000 avro, Boeyə isə 1 milyon 500 min avro ödəyəcək.
Qeyd edək ki, Münhen klubu fransız futbolçunu 2024-cü il yanvarın 28-də "Qalatasaray"dan 30 milyon avroya alıb. Boye bu mövsüm Almaniya klubunun start heyətində stabil yer almayıb. O, bütün yarışlarda 15 oyunda (630 dəqiqə) meydana çıxıb və Almaniya Kubokunda 1 qol vurub.
.





_1770324925.jpg)






