Bu gün Misli Premyer Liqasında XXVII turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

"Qəbələ" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə nəticələnib.

"Turan Tovuz" isə evdə "Sumqayıt"la üz-üzə gəlib. Tovuz klubu 2:1 hesabı ilə Sumqayıt təmsilçisini məğlub edib. 

Misli Premyer Liqası
XXVII tur
12 aprel (bazar)

"Turan Tovuz" – "Sumqayıt" - 2:1
Qollar: 
Filip Ozobiç, 9, Joarlem Santos, 50 // Rayan Senhadji, 64  
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu

"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 99. Vadji İbrahima 9. Coş Cinnelli
Baş məşqçi: Kurban Berdiyev 

"Sumqayıt": 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 95. Nsana Simon 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç


"Qəbələ" – "İmişli" - 0:1
Qol: 
Dioqo Rollo, 45
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov 
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare
Baş məşqçi: Kaxaber Sxadadze

"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest