17 Aprel 2026, 14:34
FUTBOL
"Arsenal" və "Bavariya" "Nyukasl"da çıxış edən Entoni Qordonu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Premyer Liqa klubu ingiltərəli vingerin qiymətini müəyyənləşdirib. "Ağ-qaralar" 25 yaşlı vinger üçün 90 milyon avro tələb edəcəklər. Bu məbləği ödəyən klub oyunçunu heyətinə qata bilər.
Qeyd edək ki, Entoni Qordon bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 17 qol vurub, 5 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayında kimidir.

_1776442083.jpg)







_1776431002.jpg)


