"Qarabağ"ın prezidenti Tahir Gözəl "İdman TV"yə açıqlama verib.

Matc.az xəbər verir ki, klub rəhbərli UEFA Çempionlar Liqasının "Nyukasl"la oyunlarına yaxşı hazırlaşmaq üçün Premyer Liqada "Neftçi" görüşün təxirə salınmasını istədiklərini bildirib:

"Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə mütəmadi olaraq təmasdayıq. “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma əlbəttə qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq".

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"la oyunları 18-24 fevral tarixlərində baş tutacaq. "Neftçi" ilə matç isə ayın 21-də keçirilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest