UEFA 17 yaşadək futbolçular arasında Avropa Çempionatının seçmə oyunlarında Belarusla oynamaqdan imtina etdikləri üçün Estoniya və Litva qadın milli komandalarına texniki məğlubiyyət verib.

Matc.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Seçmə mərhələnin B qrupunun ikinci turunda Belarus komandasının Estoniya (27 mart) və Litva (2 aprel) ilə oynaması planlaşdırılırdı.

UEFA-nın 17 yaşadək qadınlar arasında Avropa Çempionatının final turniri mayın 3-dən 16-dək Şimali İrlandiyada keçiriləcək.

Qeyd edək ki, bu, idman təşkilatlarının Baltikyanı ölkələri Rusiya və Belarusun yarışlarda iştirakı ilə bağlı prinsipial mövqeyinə görə cəzalandırdığı ilk hal deyil. Bu yaxınlarda Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Rusiya və Belarusdan hərbi əlaqələri olan idmançıların iştirakına icazə vermək istəmədiyi üçün 2026-cı il Avropa Qılıncoynatma Çempionatını Estoniyadan Fransaya köçürdü.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest