17 Aprel 2026, 19:26
FUTBOL
"Turan Tovuz" Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Çox çətin və vacib qələbə qazandıq. İkinci hissədə göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Çempionatın sonuna yaxın çox vacib 3 xal əldə etdik".












_1776442083.jpg)