Mövsümün sonunda Andoni İraola ilə yolların ayrılacağını açıqlayan "Bornmut"un yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Matc.az xəbər verir ki, Marko Roze Premyer Liqa təmsilçisini çalışdırmağa yaxındır. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

"Bornmut" almaniyalı mütəxəssislə anlaşıb. Klun 49 yaşlı məşqçinin təyinatını mövsüm başa çatdıqdan sonra açıqlayacaq.

Qeyd edək ki, Marko Rozenin son iş yeri 2025-ci ilin martında ayrıldığı "Leypziq"dir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest