“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

“Sabah” Premyer Liqada 50-ci ev qələbəsini qazanıb.

Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XIX turuna təsadüf edib. Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Qeyd edək ki, 2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest