Misli Premyer Liqasının XIX turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Misli Premyer Liqasının XIX turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Matc.az xəbər verir ki, mövsümdə ilk dəfə sülhə imza atan (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-13-cü illərə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə sülhsüz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-98-ci illərdə 51 oyunu heç-heçəsiz bitən “Şəfa”ya məxsusdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest