"Ayaks"ın müdafiəçisi Aleksandr Zinçenko ağır zədə alıb.

Matc.az xəbər verir ki, ukraynalı futbolçunun dizinin çarpaz bağları qopub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı futbolçu təxminən 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə mövsümün onun üçün bitdiyi deməkdir.

Qeyd edək ki, "Ayaks" Aleksandr Zinçenkonu fevralın 1-də "Arsenal"dan icarəyə götürüb. 29 yaşlı futbolçu komandanın heyətində 2 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest