"Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır".
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunun ilk matçında "Nyukasl"a 1:6 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Nyukasl"ın baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırıb:
"Bu gün yaxşı çıxış etdik, dominant tərəf biz idik. Qapıçımız buraxılan qola görə kədərləndi. Müəyyən boşluğa yer verdik. Bunun üzərində işləməliyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir.
Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. "Qarabağ"ın keyfiyyəti çox yüksəkdir. "Çelsi" ilə burada yaxşı oyun sərgiləmişdilər. Bu səviyyədə çıxış davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır".












