PSJ-nin hücumçusu Neymar "Barselona" ilə anlaşıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu Kataloniya klubunun şərtlərini qəbul edib.

İspaniya nəhəngi ona "Barselona"dakı əvvəlki maaşı - 24 milyon avronu təklif edib. Neymar hazırda PSJ-də ilinə 36,8 milyon avro almasına baxmayaraq, "Barsa"nın təklifini müsbət cavablandırıb. Tərəflər 5 illik müqavilədə ortaq məxrəcə gəliblər. İndi qalır klubların razılaşması.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest