19 Fevral 2026, 16:54
FUTBOL
"Bornmut"la müqaviləsi mövsümün sonunda başa çatan Markos Senesi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "TEAMtalk" məlumat yayıb.
"Barselona" yayda azad agent statusunda olacaq uruqvaylı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Bir çox klubdan təklif alan 28 yaşlı futbolçu Kataloniya təmsilçisində oynamağa isti yanaşır.
Qeyd edək ki, Markos Senesi bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 27 oyunda 4 qol ötürməsi edib.

_1771525279.jpg)










