çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Partizani" təlim-məşq toplanışını davam etdirir. Matc.az saytının məlumatına görə, Tirana təmsilçisi toplanış çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Slovakiya "Mura"sı ilə qarşılaşan komanda 1:2 hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest