"Qarabağ"ın futbolçusu Emmanuel Addai Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

İngiltərədən "Kristal Pelas" və "Everton", Şotlandiyadan "Reyncers" qanalı vingerin xidmətində maraqlıdır. Addainin Azərbaycan klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan klublar yayda azad agent statusunda olan 24 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Xəbərdə "Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibləri olmuş "Napoli" və "Ayntraxt"ın da Addai ilə maraqlandığı qeyd olunub. Oyunçunun Ağdam təmsilçisini tərk etmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Emmanuel Addai bu mövsüm "Qarabağ"ın heyətində keçirdiyi 38 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.

Crystal Palace, Everton and Rangers are among a number of clubs eyeing Qarabag FK attacker Emmanuel Addai on a free transfer, sources have told Football Insider....

The post Exclusive: Everton, Crystal Palace and Rangers in race for CL… 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest