"Əl-Nəsr"in baş məşqçisi Jorje Jesus komandasının hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasının 24-cü turunda "Əl-Feyha" üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda aldığı zədə barədə şərh verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "A Bola" nəşri paylaşıb.

"O, son oyunda əzələ ağrısı səbəbindən meydanı tərk etdi. Müayinədən sonra məlum oldu ki, zədə gözləniləndən daha ciddidir.

Kriştiano da digər oyunçular kimi İspaniyaya gedib. Zədəsinin müalicəsi Madriddə onunla işləyən mütəxəssis tərəfindən müalicə edilməlidir. Ümid edirik ki, o, tez bir zamanda meydana qayıdıb komandaya kömək edəcək", - deyə Xesus açıqlama verib.

Qeyd edək ki, bu mövsüm Ronaldo klubun heyətində bütün yarışlarda 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest