26 Oktyabr 2018, 15:04
MPL
Topaz Premyer Liqasının VII turundan təxirə salınan oyunun vaxtı və yeri açıqlanıb. Matç.az saytı xəbər verir ki, "Keşlə" – "Qarabağ" oyununa təyinatlar da açıqlanıb.
Oktyabrın 31-də "ASK Arena"da keçiriləcək matçı FİFA referisi Rəhim Həsənov idarə edəcək.
Qeyd edək ki, Həsənov ötən tur "Qəbələ" – "Neftçi" görüşündə qonaqların qapısına penalti təyin etməməklə diqqət mərkəzini düşmüşdü.
Topaz Premyer Liqası
VII turdan təxirə salınan oyun
31 oktyabr (çərşənbə)
19:00. "Keşlə" – "Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
"ASK Arena"