10 Mart 2026, 20:22
FUTBOL
"Torino"nun yarımmüdafiəçisi Çezare Kazadei İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Everton" və "Vest Hem" İtaliya millisinin üzvünü heyətinə qatmaq istəyir. Hər iki klub yayda 23 yaşlı oyunçu üçün hərəkətə keçməyi planlaşdırır.
Qeyd edək ki, "Torino" Çezare Kazadeini 2025-ci ilin fevralında "Çelsi"dən transfer edib. Yarımmüdafiəçi bu mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 28 oyunda 5 qol vurub.












