11 Mart 2026, 11:41
FUTBOL
"Real"ın müdafiəçisi Din Heysen İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Liverpul" ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Mersisayd təmsilçisi 20 yaşlı mərkəz müdaffiəçisi üçün yayda 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Real" Din Heyseni mövsümün əvvəlində "Bornmut"dan 62,5 milyon avroya transfer edib. İspaniya millisinin üzvü Madrid təmsilçisinin heyətində keçirdiyi 28 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.



_1773233544.jpg)





_1773227069.jpg)


