“Turan Tovuz”la qarşılaşmada “Neftçi” azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klub 15000 manat ziyana düşüb.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şamaxı” ilə oyunda 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” klubu 700 manat cərimə edilib.
“Zirə” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimələnib.
“Turan Tovuz”la qarşılaşmada “Neftçi” azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə klub 15000 manat ziyana düşüb. Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə klub daha 8000 manat cərimələnib.












