"Real"ın zədəli futbolçuları Kilian Mbappe ilə Cud Bellingemin durumları məlum olub.

Matc.az xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin "Mançester Siti" ilə matçından öcə onların durumu haqda məlumat verib.

İspaniyalı mütəxəssis bildirib ki, Bellingem komanda ilə birlikdə məşq edib. Lakin onun meydanda olacağı gözlənilmir. Mbappe isə artıq oynamağa hazırdır. Fransalı forvardın oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək.

Qeyd edək ki, "Mançester Siti" - "Real" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Madriddə keçirilən ilk görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest