17 Mart 2026, 13:58
FUTBOL
"Borussiya"nın müdafiəçisi Remi Benzebaini karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qalatasaray" əlcəzairli futbolçunun xidmətində maraqlıdır. Baş məşqçi Okan Buruk Benzebainini komandasında görmək istəyir. "Sarı-qırmızılar" Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayında da başa çatan 30 yaşlı mərkəz müdafiəçisini uyğun qiyməti transfer edə biləcəklərinə inanırlar.
Qeyd edək ki, Remi Benzebaini bu mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.

_1773759652.jpg)








_1773748626.jpg)

