"Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Şükürlər olsun, əziyyət çəkdik, qələbə qazandıq. “Qarabağ” dominantlıq etdi, futbolçularıma təşəkkür edirəm ki, bu mübarizədən qalib çıxdıq".

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Şükürlər olsun, əziyyət çəkdik, qələbə qazandıq. “Qarabağ” dominantlıq etdi, futbolçularıma təşəkkür edirəm ki, bu mübarizədən qalib çıxdıq.

– Yusif İmanov oyunun qəhrəmanlarından idi…
– Heç kimi fərqləndirmək istəmirəm. Qapıçı komandanın yarısıdır. Bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Futbolçularıma “5” düşür.

– Bu mövsüm ikinci dəfə “Qarabağ”ı məğlub etdiniz. Onlar üçün keçilməz sədd olmusunuz.
– Bəzi situasiyalarda bəxtimiz gətirdi. “Qarabağ” bizdən qat-qat üstün idi. Qismətdə qələbə var imiş.

– Komandanın liqada qaldığını demək olar?
– Hələ yox. Qarşıda turlar var. Milli fasilədən sonra mübarizə daha çətin olacaq. Komandalar son dövrədə fərqli yanaşacaqlar.

– Oyunun sonlarında futbolçular sanki ötürmələr etmirdi…
– Oyunun yorğunluğundan irəli gələn qərarlar idi.

– Yeni mövsümün planları baxımından rəhbərliklə danışıq olub?
– Bu yaxınlarda oturub, daha detallı danışacağıq. İndidən nələrisə etməliyik ki, sabahımız yaxşı olsun. Bu gün gördüyümüz iş sabahımız üçün “kart”dır.

– Söhbətlər var ki, mövsümün son oyunu Gəncədə olacaq. Sizdə belə məlumat var?
– Mənim səlahiyyətimdə yoxdur ki, deyim harda oynayaq. Hava şəraitinin də meydançanın hazır olması üçün önəmi var. Çalışırlar ki, mayın sonuna kimi meydançanı çatdırsınlar. Biz də azarkeşlərimiz önündə oynamaq istəyirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest