"Arsenal"ın müdafiəçisi Maylz Lyuis-Skelli Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Mançester Yunayted" ingiltərəli sol cinah müdafiəçisini transfer etmək istəyir. "Qırmızı şeytanlar" 21 yaşlı futbolçunu Lyuk Şouya əvəzləyici kimi düşünür.

Mançester təmsilçisi gənc oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Maylz Lyuis-Skelli bu mövsüm "Arsenal"In heyətində bütün turnirlərdə keçirdiyi 27 oyunda 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest