"Mançester Yunayted" "Barselona"nın mərkəz hücumçusu Ferran Torreslə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Qırmızı şeytanlar" 26 yaşlı hücumçunun mümkün transferinə nikbin yanaşırlar. İngilisi klubu Torresi hücumçu Coşua Zirkzeenin potensial əvəzedicisi kimi nəzərdən keçirir.
İspaniyalı oyunçunun keçidinin "Mançester Yunayted"dən "Barselona"ya icarəyə verilən cinah hücumçusu Markus Reşfordun gələcəyi ilə bağlı danışıqlarla əlaqələndirilməyəcəyi vurğulanır.
Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 16 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.












