"Mançester Yunayted", "Tottenhem" və "Liverpul" "Roma"nın mərkəz müdafiəçisi Evan Obite N'Dikkanı izləyir.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, İtaliya klubu 26 yaşlı futbolçu üçün 40-45 milyon avrodan çox təklifi nəzərdən keçirməyə hazırdır. "Bavariya" və "Barselona" da müdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, N'Dikka bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb və 5 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 35 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest