"Liverpul"un hücumçusu Məhəmməd Salah müqavilədə göstərilən vaxtdan əvvəl klubdan ayrılmaq qərarına görə 20 milyon funt-sterlinq (23 milyon avro) məbləğində bonusu ala bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, misirli futbolçunun 2026/2027 mövsümünün sonuna qədər "qırmızılılar"da oynasaydı, ona 2025-ci ilin aprelində imzalanan müqaviləyə əsasən 23 milyon avro ödəniləcəkdi. Vurğulanır ki, Salahın yayda gedişi səbəbindən "Liverpul" ümumilikdə 40,8 milyon funt-sterlinq (46,9 milyon avro) qənaət edəcək.
Xatırladaq ki, Salah mövsümün sonunda "Liverpul"dan ayrıldığını açıqlayıb. Misirli hücumçu 2017-ci ildən ingilis nəhəngində çıxış edir. Bu müddət ərzində 33 yaşlı cinah oyunçusu bütün yarışlarda 435 oyun keçirib, 255 qol vurub və 122 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.












