29 Mart 2026, 21:46
FUTBOL
Bizon Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində "Sabah" ilə keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.
"Qarabağ" klubu xanım azarkeşləri üçün örnək addım atıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bizon Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində "Sabah" ilə keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.
Qeyd edək ki, "Qarabağ" – "Sabah" matçı aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.












