29 Mart 2026, 13:38
FUTBOL
"Milan" Belqradın "Partizan" klubundan 19 yaşlı monteneqrolu mərkəz hücumçusu Andrey Kostiçin transferini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano payıaşıb.
Gənc futbolçu ilə bir neçə klub maraqlanıb, lakin "Milan" transferlə bağlı razılığa gəlib. Futbolçunun tibbi müayinədən keçmək və müqaviləni yekunlaşdırmaq üçün bu gün İtaliyaya gəlib.
Qeyd edək ki, bu mövsüm Kostiç Serbiya klubunda 34 oyun keçirib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib. "Tranfermarkt"da futbolçunun dəyəri 5 milyon avrodur.












