Gennaro Qattuzo yığmamdan ayrılacağı təqdirdə, "Napoli"nin baş məşqçisi Antonio Konte və "Milan"ın çalışdırıcısı Massimiliano Alleqri İtaliya milli komandasının baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir. Roberto Mançini də bu vəzifəyə namizəddir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

Kontenin "Napoli" ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və klub prezidenti Aurelio De Laurentiis onunla işləməyə davam etməkdə qərarlıdır.

"Milan" Çempionlar Liqasına vəsiqə qazanarsa, Alleqrinin müqaviləsi 1 il uzadılacaq. Hər iki məşqçi milli komandaya yalnız uzunmüddətli layihə və aydın, ortaq planlarla rəhbərlik etməyə razı olacaq. Lakin klubları ilə müqavilələrinə xitam vermək asan olmayacaq.

Qətərin "Əl-Sədd" komandasını çalışdıran Roberto Mançini isə 2018-ci ildən 2023-cü ilə qədər idarə etdiyi milli komandaya qayıtmağa hazırdır və klubla müqaviləsini ləğv etmək onun üçün problem yaratmayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest