04 Aprel 2026, 19:20
FUTBOL
Almaniya II Bundesliqasında 28-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" doğma meydanda Düsseldorf "Fortuna"sı ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Emereli qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub. 28 yaşlı hücumçu g Merqim Berişanın əvəzləyib.
Qeyd edək ki, 28 oyundan sonra 43 xal toplayan "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.












