"Genk"in yarımmüdafiəçisi Kenan Harun karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Fənərbaxça" türk əsilli belçikalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 19 yaşlı oyunçu üçün yayda hərəkətə keçməyi planlaşdırır.

Kenan Belçikanın U-19 millisinin üzvüdür. Onun Türkiyə yığmasında oynamaq ehtimalı var. Baş məşqçi Vinçentso Montella gənc futbolçu ilə əlaqə saxlayaraq onu milliyə dəvət edib.

Qeyd edək ki, Kenan Harum "Anderlext"in yetirməsidir. O, 2018-ci ildə "Genk"in akademiyasına qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest