05 Aprel 2026, 11:25
FUTBOL
İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyinə potensial namizəd kimi İtaliya millsinin sabiq müdafiəçisi Paolo Maldini nəzərdən keçirilir.
Matc.az xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.
FIGC-nin yeni prezidentinin seçilməsi 22 iyun tarixinə planlaşdırılıb və namizədlərin səsvermədən 40 gün əvvəl rəsmi olaraq qeydiyyatdan keçirilməsi tələb olunur.
FIGC-nin əvvəlki prezidenti bu vəzifədən könüllü istefa verən Qabriele Qravina olub.
Maldini əvvəllər də milli komandada çalışıb. O, 2018-2019-cu illərdə komandanın inkişaf direktoru, daha sonra isə texniki direktor vəzifələrində çalışıb. O, bu vəzifəni 2023-cü ilin iyun ayında tərk edib.












