"Mançester Siti"nin İngiltərə Kubokunun 1/4 finalında "Liverpul" üzərində 4:0 hesablı qalibiyyəti klubun turnirdə ardıcıl 18-ci ev qələbəsi olub və bu, təxminən 150 ildir davam edən yeni rekorddur.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bundan əvvəl, 1873-cü ilin dekabrından 1881-ci ilin fevralına qədər "Klaphem Rovers" kubokda 17 ev matçında ardıcıl qələbə qazana bilmişdi. Lakin klub 1914-cü ildə dağılıb.

"Liverpul" üzərində qələbə həmçinin "Mançester Siti"nin yarışın yarımfinalında ardıcıl səkkizinci dəfə iştirak etməsini təmin edib və ötən mövsüm qeydə alınan yeddici iştirak rekordunu yeniləmiş olub.

Komanda bu mövsüm növbəti mərhələyə yüksələ bilsə, tarixdə ardıcıl dördüncü dəfə İngiltərə Kubokunun finalına çıxan ilk komanda olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest