"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Real" argentinalı futbolçunu transfer etmək istəyir. Madrid təmsilçisi 27 yaşlı oyunçu üçün yayda İngiltərə klubuna təklif göndəırməyi planlaşdırır.

Qeyd edək ki, Aleksis Mak Allister bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 46 oyunda 5 qol vurub, 5 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest